AZ

Azərbaycan millisi bu gün Paris-2024-də - 1-i uğurlu, 4-ü uğursuz

style='margin-bottom:10px;'>

Fransanın paytaxtı Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarında bu günün yarışları Azərbaycan idmançıları üçün başa çatıb. Oyunlara müxtəlif idman növləri üzrə 5 idmançımız qoşulub.

QOL.az xəbər verir ki, onlardan yalnız akademik avarçəkmə növündə yarışan Diana Dımçenko uğurlu start götürüb. Digər 4 idmançı isə uğursuzluğa məruz qalıb.

Avarçəkmə

İkiqat Avropa çempionu olan 34 yaşlı Dımçenko 2000 metr məsafəyə fərdi yarışda iştirak edib. 

İdmançımız 5 nəfərin mübarizə apardığı qrup yarışında 3-cü yeri tutaraq 1/4 finala yüksəlib. O, məsafəni 7:52:59 dəqiqəyə qət edib. 

Bu yarışda 1/4 final iyulun 30-da keçiriləcək.

Badminton

Azərbaycan badmintonçu Keişa Fatimə Zəhra H qrupunda He Bin Çzyao (Çin) ilə qrup matçına çıxıb. İndoneziyalı milliləşdirilmiş legionerin rəqibi He Bin Çzyao (Çin) olub. 

Bu matç Çin idmançısının böyük üstünlüyü ilə keçib. He Bin Çzyao hər iki setdə inamlı qələbə qazanıb (21:8, 21:7).

Keişa Fatima Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.

Qrupdan növbəti mərhələyə yaınız bir idmançı vəsiqə qazanır.

Cüdo

Bugünkü yarış günü Azərbaycanın cüdo millisi üçün də uğuruz başlayıb. Mübarizəyə qoşulan hər iki idmançımız uduzaraq mübarizəni erkən dayandırıb.

İlk olaraq tatamiyə 48 kq. çəki dərəcəsində yarışan Leyla Əliyeva çıxıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançımızın rəqibi Xalimajon Qurbanova (Özbəkistan) olub. Cüdoçumuz vaza-ari xalı ilə uduzub (0:1).

Daha sonra ilk mərhələdən azad olan Balabəy Ağayev (60 kq) mübarizəyə qoşulub. Avropa çempionatının gümüş mükafatçısı yarışa 1/8 finaldan başlayıb. Onun rəqibi Asiya çempionu Von Jin Kim (Cənubi Koreya) olub.

Əsas vaxtda qalib müəyyənləməyib. Əlavə vaxtda isə B.Ağayev üçüncü cərimə xalı alıb. Bununla da Koreya idmançısı qalib elan edilib.

Güllə atıcılığı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov da bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. O, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.

Lunyov 33 iştirakçı arasında 24-cü olub və final mərhələsinə yüksələn 8 idmançı sırasına düşə bilməyib.

İdmançı avqustun 4-ü 25 metr məsafədən atəşaçmada da qüvvəsini sınayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
5
teleqraf.com

6Mənbələr