AZ

Qubadlıda ağır qəza: Xəsarət alanlar var

Qubadlının Qəzyan kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, "Ural" markalı yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Sürücü və maşında olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, vəziyyətləri qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyulun 26-da saat 22 radələrində Qubadlı rayonunun Qəzyan kəndində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları hadisə yerində olublar.

Hazırda faktla bağlı Qubadlı Rayon Polis Şöbəsində araşdırmalar davam edir.

(oxu.az)

Seçilən
9
5
avtosfer.az

4Mənbələr