AZ

Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?

Seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblər təsdiq edilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə olunub.
 
Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir:
 
"Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir".
 
O bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisi ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.
 
Qərar səsverməyə qoyularaq qəbul edilib.
 
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
19
moderator.az

10Mənbələr