AZ

Gürcüstanda zəlzələ baş verib

Gürcüstanın qərbində Çxorotsku kəndi yaxınlığında (Sameqrelo-Zemo Svaneti rayonu) 4.3 bal gücündə zəlzələ baş verib.

7News.Az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında bildirilir.

Zəlzələnin ocağı Çxorotskudan 13 km şimal-qərbdə, Taya kəndi yaxınlığında, 17 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 09:45-də qeydə alınıb.
Seçilən
29
4
7news.az

4Mənbələr