AZ

Bakı Dövlət və Texniki Universitetə afərin -qalan universitetlər "benzinlə işləyirmiş"...

Image

Vüsalə Ağabəyli: “Artım da, çox güman, ona görə nəzərdə tutulub ki, digər sahələrdəki qiymət artımını tənzimləmək üçün müəllimlərin və inzibati işçilərin maaşları da artırılacaq”

Ölkədə fəaliyyət göstərən ali məktəblərin əksəriyyətində illik təhsil haqqının artırıldığı məlumdur. Mətbuatın bu yöndə araşdırmasına diqqət yetirək, görək hansı ali məktəblər təhsil haqqını qaldırıb, hansılar yox. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid Hüseynov mətbuata bildirib ki,  bu ilə qədər bütün ixtisaslar üzrə təhsil haqqı 2000 AZN təşkil edirdi: "Bu ildən sonra artıq 2300 AZN olacaq". 

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, universitetdə təhsil haqqı artımı yoxdur.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı qeyd edib ki, Azərbaycan Dillər Universitetində bir sıra ixtisaslarda qismən təhsilhaqqı dəyişikliyi nəzərdə tutulub."Buna misal olaraq, ingilis dili müəllimliyi, ingilis, alman və fransız dilləri üzrə Dil və ədəbiyyat müəllimliyi, eləcə də tərcümə, beynəlxalq münasibətlər ixtisaslarını göstərmək olar. İngilis dili müəllimliyi ötən illərdə 2500 AZN olub, indi isə 2700 AZN olacaq", - deyə o bildirib.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva  bildirib ki, BDU-da tələbə qəbulunun 70 faizdən çoxu dövlət sifarişlidir: "Ödənişli əsaslarla təhsil haqlarında, əsasən, dəyişiklik yoxdur".

Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova qeyd edib ki, bu barədə dəqiq məlumat yoxdur.

ibildirib ki, bu il təhsil haqlarında hansısa dəyişiklik nəzərdə tutulmayıb.

Gördüyünüz kimi, bəzi ali məktəblər ən azı 200-300 manat həcmində olsa da, təhsil haqlarını qaldırıb. Belə rəy yaranır ki, qiymət artımına gedən ali məktəblər sanki “benzinlə işləyirmiş”. İlin-günün bu vaxtında illik təhsil haqqının artımı cəmiyyətdə ciddi narahatlıq yaradıb. İctimaiyyət deyir ki, BDU və Texniki Universitetdən başqa geridə qalanların illik təhsil haqqını qaldırması həqiqətən də narahatlıq yaradır.

Təhsil haqqının qaldırılması ümumu bir məsələdirsə, yaxud ümumi bir bəladırsa, bu iki ali məktəb niyə təhsil haqqını qaldırmayıb? Deyilsə, o biri universitetlər niyə qiyməti qaldırıblar? 

Bir sıra ekspertlər deyir ki, bəzi ali məktəblərin əsas işi yaxşı təhsil vermək yox, daha çox gəlir əldə etməkdir. Ekspertlərə görə, bəzi universitet rektorları dönər satanların gününə düşüblər. Yəni dönər satanlar benzinin qyməti 1 qəpik qaxan kimi dönərin qiymətini qaldırır, rektorlar da benzinin qiyməti qalxan kimi o dəqiqə camaatın, tələbələrin cibinə əl atıb təhsil haqqını qaldırır. Nə olub? Nə qaçhaqaçdı? İndiyə qədər necə fəaliyyət göstərmisiniz? Camaatının vəziyyətinin belə ağır olduğu bir vaxtda elmə-təhsilə niyə bu ziyanı vurursunuz? Bakı Dövlət Universiteti kimi ölkənin baş ali məktəbi təhsil haqqını qaldırmır, Azərbaycan Texniki Universitet bu addımı atmır, amma o biri dövlət və özəl ali məktəblər təhsil haqqını qaldırırlar. Niyə? Səbəb nədir? 

“...Təhsil haqqının artmasını haqlı olaraq narazılıqla qarşılayırlar”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli baki-xeber.com-a “Əksər dövlət univetsitetlərinin 50 faizdən çox plan yeri dövlət sifarişli əsaslarla müəyyənləşir. Yəni ixtisas üzrə kifayət qədər yaxşı bal toplayan tələbə ödənişsiz əsaslarla təhsil ala bilir. Bu prinsip, bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da təhsilin rəqabətliliyini təmin edir. Yüksək bal toplamış tələbələr eyni ixtisas üzrə ödənişsiz təhsil alırsa, həmin ixtisasın 30-40 faizi üzrə də aşağı bal toplamış tələbələr təhsil alır ki, sonda eyni diplomu əldə edirlər. Ümumiyyətlə, bəzən elə olur ki, aşağı bal toplamış tələbələr təhsilin növbəti semestrlərində heç də uğurlu olmurlar, lakin əksi olanlar da var. Ödənişli əsaslarla təhsil alanların semestr göstəriciləri (ÜOMG) ödənişsiz tələbələrdən yüksək olduğu halda dövlət hesabına təhsil alan tələbədə akademik borc yaranarsa, onun təqaüdünü də ödənişli oxuyan ala bilir. 

Hazırda Azərbaycanda  təhsil əksəriyyət üçün əlçatandır. Mənə qalsa, 170 bal toplamış abituriyentin tələbə olması vacib deyil”-deyə bildirdi. V. Ağabəyli deyir ki, 170 bal toplayan da, 400-500 bal toplayan da sonda eyni diplomu alır. 

“Təhsil haqqını bu il artırmayan universitetlərin qiyməti də digər universitetlərin qiymətindən aşağı deyil, təxminən uyğun qiymətlərdir. Artım da, çox güman, ona görə nəzərdə tutulub ki, digər sahələrdəki qiymət artımını tənzimləmək üçün müəllimlərin və inzibati işçilərin maaşları da artırılacaq. 

Lakin məsələnin ən ciddi, ən lazımlı tərəfi isə budur ki, təhsil haqqı artımı universitetlərdə tədrisin keyfiyyətində hansı perspektivlərdən xəbər verir. Əməkdaşların maaşının artırılması motivasiyaedici göstəricilərdən biri olsa da, ən əsası auditoriyalardakı tədrisin keyfiyyətinin artırılmasıdır”-deyə V.Ağabəyli vurğuladı.

İctimaiyyətdə yaranan suallara və narazılığa gəlincə, V.Ağabəyli “Cəmiyyətin haqlı narazılığı isə başadüşüləndir. Hər bir tələbənin təhsil alması üçün ailə tərəfindən ayrılan vəsait yalnız tələbənin təhsil haqqı deyil, yol xərcləri, geyim xərcləri, yataqxana və ya kirayə, yemək xərcləri, təhsil aldığı müddətdə istifadə etdiyi vəsaitlərə ayrılan xərclər və sairdir. Bütün bu səbəblərə görə ailə büdcəsi tələbəni təmin edə bilmir, ona görə də benzinin, ərzağın və sairin qiymətlərinin artması ilə üzləşən ailələr bu tərəfdən də təhsil haqqının artmasını haqlı olaraq narazılıqla qarşılayırlar”-deyə bildirdi.

İradə SARIYEVA

 

 

 

 

 

 






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
baki-xeber.com

1Mənbələr