AZ

Parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlanıb.

 

Pravda.az xəbər verir , bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

 

İndiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-ii öz təşəbbüsü ilə irəli sürülüb, 569-u iki QHT tərəfindən irəli sürülüb, 126-ı isə seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün YAP tərəfindən irəli sürülən xüsusi icazə alınan müşahidəçilərdir .

 

ATƏT Təsisatlar və İnsan Hüquqları Bürosunun isə 11 beynəlxalq müşahidəçisi qeydə alınıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Tarix: 27 İyul 2024, 15:12   
Seçilən
14
19
pravda.az

10Mənbələr