AZ

Mahir Emreliyə Cənubi Azərbaycandan təklif

“Dinamo”dan (Zaqreb) ayrılacağı gözlənilən Mahir Emreli karyerasını İranda davam etdirə bilər.

Publika.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” 27 yaşlı hücumçu ilə danışıqlar aparır. Bu barədə İran mətbuatı məlumat yayıb.

Mahir 2022-ci ilin fevralından “Dinamo”nun formasını geyinir. Onun klubla sözləşməsi 2026-cı ilin yayına kimidir.

Mahir Zaqreb təmsilçisində ümumilikdə 47 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
publika.az

1Mənbələr