AZ

ABŞ-ın "TikTok" qorxusu - Naçar qalıblar

“TikTok”-un hazırkı ana şirkəti ilə fəaliyyətini davam etdirməsinə icazə verilməsi Çin hökumətinə ABŞ seçkilərinə gizli şəkildə təsir göstərə bilər.

Publika.az xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyi məhkəmə iddiasında belə deyib.

Federal apellyasiya məhkəməsinə müraciətdə prokurorlar “TikTok” alqoritminin “amerikalıların fikirlərinə öz məqsədləri naminə təsir etmək” üçün “gizli manipulyasiya” kampaniyasında istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər.

“Digər şeylərlə yanaşı, bu, xarici hökumətə bizim siyasi sistemimizə və siyasi diskursumuza, o cümlədən seçkilərimizə qanunsuz müdaxilə etməyə icazə verə bilər” deyə prokurorlar qeyd ediblər.

Bəyanatda həmçinin qeyd olunub ki, “Çin hökumətinə son dərəcə vacib bir zamanda “TikTok”dan tam potensialı ilə istifadə etməyə hazır olmağa icazə vermək milli təhlükəsizliyə qəbuledilməz təhdid yaradır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
publika.az

2Mənbələr