AZ

Zərrabın maşınını oğurlayan dəstə saxlanıldı

İstanbulun 8 bölgəsində fırıldaqçılara qarşı keçirilən əməliyyat çərçivəsində azərbaycanlı iş adamı Rza Zərrabın avtomobilini oğurlayan dəstə yaxalanıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, “Şifrə 1” adlandırılan əməliyyat çərçivəsində 25 nəfər saxlanılıb.

Saxlanılanların Yediemin dayanacağındakı 7 lüks avtomobili saxta sənəd hazırlayaraq satdıqları, bu üsul ilə 750 milyon lirə pul qazandıqları müəyyənləşib. Avtomobillərdən biri isə azərbaycanlı iş adamı Rza Zərrabın adına olan BMV markalı minik maşını olub.

Avtomobillərin oğurlanmasında və saxta sənədlərin hazırlanmasında rolu olan şəxslər saxlanılaraq, həbsxanaya köçürülüb.

Seçilən
67
1
axar.az

2Mənbələr