AZ

Abşeronda şəhid ailələri ilə görüşlər keçirilib - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib. SİA xəbər verir ki, görüşlərdə iştirak edən icra hakimiyyətin başçısı Abdin Fərzəliyev bildirib ki, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Hazırda rayon ərazisində 210-dan çox şəhid ailəsinin, o cümlədən 132 şəhid övladının yaşadığı qeyd edilərək onların hər birinə qayğı ilə yanaşıldığını və bu diqqətin daimi olacağı qeyd olunub.

Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan leytenant, hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli, şəhid İsmayıl Qəsəbov, şəhid gizir Vidadi Zalov, antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Qiyas Manafov, şəhid kapitan Nurlan Mustafayev, şəhid Nurlan Ağakişiyev doğum günlərində şəhid ailələri ilə birgə yad edilib, şəhidlərin məzarları ziyarət edilib, qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub. Şəhidlərimizin keçdiyi döyüş yollarından və göstərdikləri şücaətlərdən danışılıb, onlarla bağlı xatirələr bölüşülüb.

Həmçinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medallarına layiq görülən şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadənin həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilib. Vəli Vəlizadə də şəhid atasının iftixarlı hərb yolunu davam etdirmək üçün hərbi xidmətə yola düşdüyünü vurğulayaraq qəhrəman şəhidlərimizin bizə əmanəti olan şanlı bayrağımızı hər zaman layiqincə daşıyacaq və vətənimizə böyük qürur və şərəflə xidmət edəcəyini bildirib.

Seçilən
9
10
sia.az

10Mənbələr