Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistləri aparan avtobus qəzaya düşüb.
Fanat.Az xəbər verir ki, "Yomiuri Shimbun" nəşrinin əməkdaşı Vakako Yuki hadisə barədə danışıb:
"Sürücü şokda olduğu üçün heç bir söz demədi. Biz növbəti avtobusu gözləməkdənsə, ən yaxın metro stansiyasına piyada getməyə qərar verdik".
Qeyd edək ki, açılış mərasimi dünən keçirilən Paris-2024 avqustun 11-də yekunlaşacaq.