AZ

Juninyo Türkiyə klubunun təklifini qəbul etmədi - meneceriylə mesaj göndərdi

Türkiyənin 1-ci liqa klubu "Kocaelispor" "Qarabağ"ın hücumçusu Olavio Juninyoya göz dikib.

"Football-plus.az"ın məlumatına görə, millimizin və "Neftçi"nin hücumçusu Ramil Şeydayevin sabiq komandası braziliyalı futbolçuyla güclənmək niyyətində olub.

Bu məqsədlə 27 yaşlı hücumçunun meneceriylə danışıqlara başlayan Kocaeli təmsilçisi "yox" cavabı alıb. Juninyonun vasitəçilərə verdiyi bilgiyə görə, o, Çempionlar Liqasında çıxış edən "Qarabağ"ı azı bu mövsüm tərk etmək istəmir.

Qeyd edək ki, Juninyo Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 56 oyunda meydana çıxıb, 32 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt"da onun bazar dəyəri 2 milyon avro göstərilib.

KƏNAN BAHADIR

Seçilən
28
football-plus.az

1Mənbələr