AZ

Rusiya öz taktikasını təkmilləşdirib -“The Washington Post“

Rusiya ordusu taktikasını təkmilləşdirə bilib ki, bu da onun Donetsk bölgəsində cəbhədə tədricən irəliləyişini təmin edir. Bu barədə The Washington Post yazıb.

Nəşr yazıb ki, Rusiyanın Xarkov vilayətinə dəfələrlə reallaşdırdığı hücumlar son dərəcə məhdud nailiyyətlər versə də, Ukraynanı ehtiyat qüvvələrdən istifadə etməyə məcbur qoyub.

"Bu ağıllı strategiyadır: siz düşməninizin gücünü bir istiqamətə cəmləməyə, sonra isə onun diqqətini qəfl başqa istiqamətə yönəltməyə çalışırsınız. Onların birinci məqsədi bizi məhv etmək olur. İkincisi, sülh danışıqları üçün daha çox təsir rıçaqları qazanmaq və daha çox şey əldə etmək üçün bizi daim təzyiqdə saxlamaqdır. Onlar demək olar ki, Donetsk vilayətini tutmaq ərəfəsindədirlər”, - Oçeretino yaxınlığında döyüşən 47-ci briqadanın batalyon komandiri 30 yaşlı Aleksandr deyib.

Putinin qoşunları indi üç əsas nöqtədən ibarət bir qövsdə təzyiq göstərir. Bunlar Çasov Yar, Baxmut şəhərinin qərbi- kiçik sənaye şəhəri Toretsk və Avdeyevkanın şimal-qərbində strateji yüksəklikdə yerləşən Oçeretino kəndinin qərbidir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

News365.az


Seçilən
83
news365.az

1Mənbələr