AZ

Orban: yavaş-yavaş bütün dünya Rusiyanı dəstəkləməyə başladı

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərbin göstərişlərinə zidd olaraq tədricən bütün dünya Rusiyaya dəstək verməyə başlayıb.

O, bu barədə Rumıniyanın Bayile Tusnad şəhərində Macarıstanın M1 telekanalı tərəfindən yayımlanan çıxışı zamanı bildirib.

“Qərb göstəriş verdi ki, dünya Rusiyaya qarşı mövqe tutdu və Qərbi mənəvi cəhətdən dəstəklədi. Reallıqda isə əksinə, hamı yavaş-yavaş Rusiyanı dəstəkləyir”, – RİA Novosti onun sözlərini yazır.

O qeyd edib ki, Rusiyanı “dünyanın ən böyük ölkələri”, o cümlədən Çin, Hindistan, Türkiyə və İran dəstəkləyir.

Bundan əvvəl Viktor Orban Rusiyanın sanksiyalara uyğunlaşdığını açıqlamışdı.

DOĞRU.AZ

Seçilən
66
3
dogru.az

4Mənbələr