AZ

Mübahisə edən sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO- YENİLƏNİB

Sürücülərin mübahisəsi ilə əlaqədar polis araşdırmalara başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınan insidentlə bağlı ərazi polis orqanında araşdırmalara başlanılıb. 

Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.

(oxu.az)

***

Bakıda sürücülər mübahisə ediblər.

Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, hadisə Qaradağ ərazisində qeydə alınıb.

Mübahisə zamanı sürücülərdən biri digərinə bıçaqla hücum edib. Mübahisənin səbəbi bəlli deyil.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
36
2
avtosfer.az

10Mənbələr