AZ

Trampdan 3-cü Dünya Müharibəsi xəbərdarlığı- Əgər seçkidə qalib gələ bilməsək...

Image

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd və ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra bildirib ki, əgər o seçilməsə 3-cü Dünya Müharibəsi başlayacaq.

Tramp son illərdə tez-tez bəhs edilən və dünya üçün ən böyük təhlükə olaraq görülən mümkün 3-cü Dünya Müharibəsinin indi çox yaxın olduğunu deyib: "3-cü Dünya Müharibəsi çox yaxındır. 3-cü Dünya Müharibəsindən bəri heç vaxt bu qədər yaxın olmamışdıq. Əgər seçkidə qalib gələ bilməsək, Yaxın Şərqdə böyük müharibələr başlayacaq”.

ABŞ-İsrail münasibətlərinə də toxunan Tramp, İsrail üçün bütün keçmiş ABŞ prezidentlərindən daha yaxşı olduğunu deyib: "Netanyahu ilə həmişə yaxşı münasibətim olub".

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
baki-xeber.com

1Mənbələr