AZ

Rusiyadan gözlənilməz addım: "Instagram" və "Facebook"...

Rusiyada dövlət orqanları tərəfindən arzuolunmaz və ya ekstremist kimi müəyyən edilən platformalarda reklamı qadağan edən qanun layihəsi Dumada birinci oxunuşda qəbul edilib.

"Cebheinfo.az" xəbər verir ki, “Meta” şirkətinə məxsus "Instagram" və "Facebook" bu kateqoriyaya aid olduğundan, artıq bu platformalarda reklam qadağan olunacaq.

Qanun layihəsinin müəlliflərindən biri olan Dumanın deputatı Aleksandr Hinstein bu platformaların Rusiyada əhəmiyyətli gəlir əldə etdiyini bildirib.

Hinstein qanun layihəsini müdafiə edərkən “Instagram”-ın təkcə 2024-cü ilin ilk beş ayında 2,2 milyard rubl reklam gəliri əldə etdiyini açıqlayıb. Lakin o, bu rəqəmin mənbəyini dəqiqləşdirməyib və “Business FM”-ə açıqlamasında məlumatı təsdiqləməyib. 

Reklam bazarının ekspertləri də bu rəqəmlərin doğruluğunu təsdiq edə bilməyiblər.  “Grape” reklam agentliyinin tərəfdaşı Vladimir Qarev bildirib ki, böyük brendlər artıq uzun müddətdir ki, qadağan olunmuş platformalarda reklamdan yayınıblar.

Xüsusilə yerli reklamla bağlı dəqiq rəqəmləri müəyyən etmək çətindir. Blogerlər və reklamçılar arasında ödənişlər ümumiyyətlə gizli saxlanılır.

Qanun layihəsinin qüvvəyə minməsi ilə bloqçuların qadağan olunmuş platformalarda qalacağı, yoxsa Rusiyada pulsuz olan platformalara keçəcəyi maraq doğurur.  

Seçilən
68
cebheinfo.az

1Mənbələr