AZ

Kiberdələduzlar tərəfindən növbəti saxta ödəniş portalı yaradılıb - FOTO

Kiberdələduzlar tərəfindən növbəti saxta ödəniş portalı yaradılıb. Portal vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən cərimələrin müəyyən güzəştlərlə ödənilməsi vədi verilir.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Vətəndaşlardan saxta səhifədə göstərilən keçidə daxil olduqdan sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta ödəniş səhifələrinə etimad göstərməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş həyata keçirməyi tövsiyə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
428
17

10Mənbələr