AZ

Namizədliyini irəli sürənlərdən 454-ü 25 siyasi partiyanın üzvüdür- Məzahir Pənahov açıqladı

Image

125 seçki dairəsindən artıq 125 seçki dairəsi üzrə 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Trend-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, deputatlığa namizədliyi irəli sürülən nəfərdən 1141 namizədliyi təsdiqlənib.

"Onlardan 1092 nəfərə imza vərəqi verilib. İndiyə qədər 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsi var", - MSK sədri əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
3
baki-xeber.com

10Mənbələr