AZ

MSK sədrindən namizədlərə XƏBƏRDARLIQ- onların namizədliyi də ləğv edilə bilər...

Image

Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır. Trend-in xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri qeyd edib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməlidir.

“Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”, - o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
12
baki-xeber.com

10Mənbələr