"Real" yeni oyunçusu hücumçu Endriki rəsmən təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə klubun saytında qeyd olunub.
Məlumata görə, 18 yaşlı oyunçu Madrid təmsilçisində 16 nömrəli forma geyinəcək. Futbolçu artıq tibbi müayinədən keçib və onunla 2030-cu ilin yayında başa çatacaq müqavilə imzalanıb.
Endrik "Palmeyras"ın yetirməsidir və U17-dən əsas komandaya qədər yüksəlib. Ümumilikdə, hücumçu Braziliya təmsilçisinin əsas heyətində 80 oyuna çıxıb, 21 qol vurub və 4 qolun ötürməsini verib.