AZ

Paris-2024: Canlı yayımda Azərbaycana qarşı təxribat

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olub. Matc.az xəbər verir ki, bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib. Belə ki, aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi zamanı təxribatyönlü çıxışlar ediblər: “Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib”. “Fransa-2” telekanalının bu təxribatındann sonra Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayacağı gözlənilir.  

Seçilən
72
8
matc.az

8Mənbələr