AZ

U-18: Basketbol millimiz Kipri də yendi, finala yüksəldi!

18 yaşa qədər qızlardan ibarət Azərbaycan millisi (U-18) basketbol üzrə Avropa çempionatının C Divizionunda növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz yarımfinalda Kipr yığması ilə qarşılaşıb.

Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunmuş oyuna fəal başlayan millimiz, rəqib üzərində 66:49 hesablı qələbəyə sevinib. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib.

Bu qələbə ilə qızlarımız Avropa çempionatının finalına vəsiqə qazanıblar. Millimizin iyulun 28-də baş tutacaq final oyunundakı rəqibi Kosovo – Albaniya görüşünün qalibi olacaq.

Xatırladaq ki, Azərbaycanın basketbol üzrə U-18 millisi bu yarışın qrup mərhələsində Albaniya (72:53), Gürcüstan (74:68) və Ermənistan (68:42) yığmalarına da qalib gəlmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
arena.az

6Mənbələr