AZ

Ferraridən bir ilk - Kriptovalyuta ilə ödəniş qəbul edəcək

İtalyan nəhəngi Ferrari, Avropa ölkələrində kriptovalyuta ilə ödənişləri qəbul edəcəyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət bu ayın sonundan etibarən Avropadakı satışları üçün kriptovalyuta ilə ödənişləri qəbul edəcəyini açıqlayıb.

Ferrari ötən il ABŞ-da yaşayan müştərilərinə kriptovalyuta ilə ödəniş etmək imkanı da təklif etmişdi.

Şirkət kriptovalyuta ilə ödəniş sistemini yalnız Avropa ilə məhdudlaşdırmadan ilin sonuna kimi beynəlxalq ödənişləri də bu sistemə daxil etməyi planlaşdırır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
3
milli.az

4Mənbələr