AZ

Millimizin çempionluq mübarizəsi

18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda son matçını keçirəcək.

İdman.biz xəbər verir ki, millimiz Kosovonun paytaxtı Priştinada keçirilən yarışın final oyununa çıxacaq.

Həlledici görüşə qədər keçirdiyi 4 matçda qalib gələn yığmamız meydan sahibləri ilə görüşəcək. Türkiyəli mütəxəssis Evren Alkayanın çalışdırdığı komanda titul qazanmaq uğrunda görüşə Bakı vaxtı ilə saat 21:30-da çıxacaq.

Qeyd edək ki, 3-cü yer uğrunda oyunda Albaniya və Kipr qarşılaşacaq.

Avropa çempionatı, C divizionu
Final
28 iyul
21:30. Kosovo - Azərbaycan

Tetori İdman Zalı

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
idman.biz

1Mənbələr