Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi ilə bağlı yeni detallar məlum olub.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, "MedEra" hospitalının mühafizəçisi, əvvəllər məhkumluq həyatı yaşayan Nurəddin Cəlilov "Vətən-N" Mühafizə Xidmətinin əməkdaşı olub. Şirkət yoxlanış aparmadan şəxsi işə götürərək, qaydaları pozub.
O, üç aydır ki, "MedEra" hospitalında mühafizəni təşkil edirmiş.
Xatırladaq ki, iyulun 23-də Xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev klinikanın qarşısına gələrək əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib.
Faktla bağlı cinayət işi başlanılıb.