AZ

“Fənərbaxça”nın futbolçusuna 33 milyon avroluq təklif

Türkiyə millisi və “Fənərbaxça”nın ulduz futbolçusu Ferdi Kadıoğlunun İngiltərədən 33 milyon avroluq təklif alıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı “Fanatik” nəşri paylaıb. Bildirilir ki, İngiltərənin “Brayton” klubu təklifini 27 milyon avrodan 33 milyon avroya yüksəltdib. Ancaq baş məşqçi Joze Mourinyonun heyətlə bağlı verdiyi hesabata uyğun olaraq Ferdi Kadıoğlunun komandada qalacağı gözlənilir. Qeyd edək ki, “Fənərbaxça”nın heyətində 200 rəsmi matça çıxan 24 yaşlı müdafiəçi, bu oyunlarda 18 qol vurub, 22 məhsuldar ötürmə edib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
52
matc.az

1phrase_var_article.sources