AZ

Bir qrup beynəlxalq səyyah Xudafərin körpüsündə olub

Bir qrup beynəlxalq səyyah Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olub. SİA xəbər verir ki, qonaqlar Araz çayının sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi olan körpü ilə tanış olublar.

Əcnəbi səyyahlara körpünün tarixi və vaxtilə Böyük İpək Yolunda oynadığı vacib rol haqqında məlumat verilib.

Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. İyulun 25-dən 27-dək Çarlz Veylinin başçılıq etdiyi beynəlxalq səyyahların 11-ci qrupu Qarabağa və Şərqi Zəngəzurda olub. 35 beynəlxalq səyahətçinin səfərini dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı təşkil edib. Burada 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir.

Seçilən
26
5
sesqazeti.az

9Mənbələr