AZ

Paris-2024: Triatlon məşqləri ləğv edilib

Paris-2024 Olimpiya Oyunlarında triatlonçuların bu gün etməli olduqları məşq ləğv olunub.

Apasport.az xəbər verir ki, buna səbəb Sena çayının kirlilik səviyyəsinin yüksək olmasıdır.

Suyun keyfiyyəti ilə bağlı hesabatda qeyd olunub ki, çayda üzmək sağlamlıq üçün zərərlidir. Beləcə, keyfiyyətin lazımi səviyyədə olmaması triatlon məşqlərinin ləğvi ilə nəticələnib.

Qeyd edək ki, Senanın belə kirlənməsinin səbəbi Olimpiadanın açılış mərasimi ərəfələrində başlayan və dünən gün boyu yağaın yağışlar olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
apasport.az

1Mənbələr