AZ

Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişlidə dəfn olunacaq

Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişli rayonunda dəfn olunacaq.

Bizim.Media xatırladır ki, o, bu gün 56 yaşında vəfat edib.

Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.

Arxivində Birinci Qarabağ Müharibəsinə aid 500 saatlıq videomateriallar var. Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam və Kəlbəcər istiqamətində gedən döyüşlərin videoçəkilişlərini edib.

1994-cü ilin fevralında Füzulinin Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlər zamanı qarşı tərəfdən açılan snayper atəşi nəticəsində boğazından yaralanıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
15
bizim.media

10Mənbələr