AZ

Qarabağ ermənilərinin 27 mini Ermənistranı TƏRK EDİB

Son dörd ildə Ermənistanı  tərk edən Qarabağ ermənilərinin sayı demək olar ki, 27 min nəfərdir.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) media sorğusuna cavabında deyilir.

“2020-ci il sentyabrın 27-dən 2024-cü il iyulun 1-dək Qarabağda qeydiyyatda olan 49 975 nəfər Ermənistanı tərk edib, onlardan 23 404-ü geri qayıdıb, 26 571-i isə qayıtmayıb”, - MTX-nin məlumatında bildirilir.

Xidmət aydınlaşdırıb ki, Qarabağ erməniləri ən çox beş ölkəyə - Rusiya, Gürcüstan, Misir, İran və Birləşmiş Ərəb Əmirliklərinə səfər ediblər.

Milli Təhlükəsizlik Xidmətinin iyunun 25-nə olan məlumatına görə, 27 sentyabr 2020-ci il tarixindən 2024-cü il aprelin 30-dək Ermənistanı 21 mindən çox Qarabağda yaşayan erməni tərk edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
2
bizim.media

3Mənbələr