AZ

Fransanın DİN rəhbərinə vəba virusu olan məktub göndərilib?

Fransanın daxili işlər naziri Cerald Darmaninə ünvanlanmış məktubda, ilkin testlərə görə, taun virusu aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanları tərkibində qara toz olan məktubu ələ keçirib.

Nəşrin məlumatına görə, zərf Dijonda tapılıb. Pudradan əlavə, təhqiramiz məktub da olub.

Ekspertlər tozu təhlil edirlər. Nəticələrin bazar ertəsi açıqlanacağı gözlənilir.

Dijon prokurorluğu araşdırma aparır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
ikisahil.az

1Mənbələr