AZ

Kristian Eriksen üçün 2 təklif

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen komandanı tərk edə bilər.

90deqiqe.Az-ın “CaughtOffside”ə istinadən məlumatına görə, "Anderlext" və "Ayaks" 32 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Mançester klubu danimarkalı futbolçusunun satışından beş milyon avro qazanmaq niyyətindədir.

Xatırladaq ki, Kristian Eriksen 2022-ci ilin yayında azad agent kimi "Brentford"dan “Mançester Yunayted”ə keçib. Onun "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ötən mövsüm danimarkalı "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
90deqiqe.az

1Mənbələr