AZ

Gəncədə magistral yola yağış suları dolub: Avtomobillərin hərəkətində çətinlik yaranıb

Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

"Report"un məlumatına görə, buna magistral yolunun Gəncə şəhərinin Şərq çıxışında, körpünün altından keçən hissəsinə yağış sularının dolması səbəb olub, hətta nəqliyyat vasitələrindən biri suyun əhatəsində qalıb.

Sürücülər alternativ yoldan istifadə etməklə yollarına davam edirlər.

Qeyd edək ki, bölgədə günlərdir yağışlı hava şəraiti müşahidə olunur.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
9
oxu.az

10Mənbələr