AZ

“Nürnberq” rəsmisi təsdiqlədi: Mahir Emreli ilə danışıqlar...

Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emrelinin Almaniya klubu “Nürnberq”lə danışıqları davam edir. Matc.az xəbər verir ki, bunu ikinci Bundesliqa komandasının idman direktoru Joti Katzialeksiu deyib. O bildirib ki, “Ayntraxt”a keçən Can Uzunun boşluğunu hələ də doldurmayıblar. İdman direktoru Emrelinin bir çox xüsusiyyətə malik olması diqqətlərini çəkib: “Mahirdə bizim istədiyimiz mentalitet var. Yaxşı qol duyumu var, topla rəftarı əladı və uzaq məsafədən güclü zərbələrə malikdi. Mahirlə bu ana qədər aparılan müzakirələrdən müsbət nəticə çıxarmışıq”. Qeyd edək ki, millimizin forvardının “Dinamo” ilə müqavilə müddətinin sonuna iki il vaxt qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
matc.az

5Mənbələr