AZ

Berlində Fələstinə dəstək yürüşü keçirilib

Almaniyanın paytaxtı Berlində Fələstinə dəstək nümayişi keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, 1 500 nəfərin iştirak etdiyi nümayişdə “soyqırımı dayandırın” çağırışı edilib.

Tempelhof rayonundakı Platz der Luftbrücke metro stansiyasının qarşısında toplaşan təxminən 1 500 nəfər İsrailin hücumlarına etiraz edərək Kreuzbergə doğru yürüş edib.

Almaniyanı İsrailə verdiyi dəstəyə görə tənqid edən nümayişçilər əllərində “Almaniya maliyyələşdirir, İsrail bombalayır”, “Soyqırımı dayandırın” və “Qəzzanın işğalına yox” yazıları və plakatlar qaldırıblar.

Nümayişçilər “Uşaq qatili Netanyahu”, “Netanyahu terrorçudur”, “İsrail terror dövlətidir”, “Fələstinə azadlıq”, “İsraili boykot et” kimi şüarlar səsləndiriblər.

Bu arada yürüşün sonunda İsrail bayraqlarını açan bir qrup nümayişi qızışdırmağa çalışıb.

Polis fələstinli nümayiş iştirakçıları ilə təxribat törədənlərin arasına polis maşınlarını yerləşdirərək gərginliyin artmasının qarşısını alıb.

Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü nümayiş Moritzplatz meydanında başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
cebheinfo.az

1Mənbələr