AZ

Yaponiya hökuməti vətəndaşlarını Rusiyaya getməməyə çağırdı

Yaponiya hökuməti ölkə parlamentinin yuxarı palatasının üzvü Muneo Suzukinin Rusiyaya səfəri ilə bağlı heç bir bildiriş almayıb.

Editor.az bildirir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosima Hayaşi deyib. Onun sözlərinə görə, hakimiyyət Suzukinin Rusiyaya səfərinin məqsədləri və tarixləri barədə şərh verə bilməz. Yaponiyanın baş katibi bildirib ki, “Rusiyanın üçüncü təhlükə səviyyəsinə malik ölkə kimi təsnif edilməsinə görə, məqsədi nə olursa olsun, biz vətəndaşları Rusiyaya səfərdən çəkinməyə çağırırıq”.

O, həmçinin qeyd edib ki, Yaponiya Ukraynadakı hərəkətlərinə görə Rusiyaya qarşı sanksiya siyasətini davam etdirmək niyyətindədir. Muneo Suzuki ofisinin mətbuat xidmətinin məlumatına görə, o, Rusiyaya səfəri zamanı Siqnalnı adasında dəniz yosunu ovunun bərpası ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparmağı planlaşdırır. O, həmçinin Kuril adalarının cənub hissəsinin keçmiş yapon sakinlərinə əcdadlarının məzarlarını ziyarət etmək imkanı verməyi tələb etmək niyyətindədir.

Xatırladaq ki, bu, Suzukinin Rusiyaya ikinci səfəridir. Birincisi 2023-cü ilin oktyabrında baş tutub. O, hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya səfər edən Yaponiya parlamentinin ilk üzvü olub. Elə həmin ay o, səfəri barədə əvvəlcədən xəbər vermədiyi üçün müxalifət partiyası “Nippon İşin no Kai” (Yaponiya Dirçəliş Partiyası) partiyasından xaric edilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
74
36
editor.az

10Mənbələr