AZ

Miley Maduronun Venesuela seçkilərindəki qələbəsini tanımaqdan imtina edib

Argentina prezidenti Xavyer Miley Venesuelanın hazırkı prezidenti Nikolas Maduronun prezident seçkilərindəki qələbəsini tanımadığını bildirib.

Bu barədə o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

"Argentina növbəti saxtakarlığı etiraf etmək niyyətində deyil və Venesuela Silahlı Qüvvələrinin bu dəfə demokratiyanı və xalqın iradəsini müdafiə edəcəyinə ümid edir".

Miley vurğulayıb ki, hazırda məlum olan məlumatlar müxalifətin seçkilərdə qalib gəldiyini göstərir.

Seçilən
51
aznews.az

1Mənbələr