AZ

Gəncədə magistral yolda hərəkət bərpa olundu - FOTO

Gəncədə magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub. 

Bizim.Media “report.az”ın Qərb bürosunun məlumatına istinadən xəbər verir ki, Gəncədə körpü altına dolmuş yağış sularının çəkilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

Su xüsusi nasoslarla tamamilə çəkilib və bir müddətdən sonra yolun istifadəsi tam bərpa olunub. 

Qeyd edək ki, bir neçə gündür davam edən yağıntılar Gəncədə bir sıra fəsadlar törədib. Hətta avtomobil yollarından birində asfalt örtüyünün bir hissəsi dağılıb. Hazırda şəhər ərazisində qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
bizim.media

1Mənbələr