AZ

HadisəGəncədə magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub - YENİLƏNİB

Gəncədə magistral yola dolmuş yağış suyu xüsusi nasoslarla çəkilib, hərəkət bərpa olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncədə körpü altına dolmuş yağış sularının çəkilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Su xüsusi nasoslarla tamamilə çəkilib və bir müddətdən sonra yolun istifadəsi tam bərpa olunub.

Qeyd edək ki, bir neçə gündür davam edən yağıntılar Gəncədə bir sıra fəsadlar törədib. Hətta avtomobil yollarından birində asfalt örtüyünün bir hissəsi dağılıb. Hazırda şəhər ərazisində qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

08:35

Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, buna magistral yolunun Gəncə şəhərinin Şərq çıxışında, körpünün altından keçən hissənə yağış sularının dolması səbəb olub, hətta nəqliyyat vasitələrindən biri suyun əhatəsində qalıb.

Sürücülər alternativ yoldan istifadə etməklə yollarına davam edirlər.

Qeyd edək ki, bölgədə günlərdir yağışlı hava şəraiti müşahidə olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
far.az

1Mənbələr