AZ

“Ferrari” F1 tarixində 10 min xala çatan ilk komanda oldu

“Ferrari” komandası Belçika qran-prisində görünməmiş bir nəticəyə nail olub.

Yarışda Şarl Lekler üçüncü, Karlos Sayns isə altıncı yeri tutub. Qazanılan xallar nəticəsində İtaliya komandası tarixində 10 000 həddinə çatıb. Bu da Skuderiyaya tarixdə 10 000-dən çox xal toplayan ilk komanda olmağa imkan verib.

Bu göstəricidə “Ferrari”nin ən yaxın izləyiciləri “Red Bull” (7656), “Mercedes” (7488,5), “McLaren” (6657,5) və “Williams”dır (3624).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
futbolinfo.az

1Mənbələr