AZ

"Real" iki ulduz müdafiəçi ilə güclənməyi planlaşdırır - ADLAR

"Real Madrid" iki ulduz müdafiəçini sıralarına cəlb etmək istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı insayder Matteo Moretto yayıb.

Xəbərə görə, "Kral klubu" "Liverpul"dan Trent Aleksander-Arnoldu, "Bayern Münhen"dən isə Alfonso Devisi rənglərinə bağlamaq niyyətindədir. Mənbə İspaniya nəhənginin hər iki futbolçunu 2025-ci ilin yayında, azad agent qismində heyətinə qatmağı hədəflədiyini vurğulayıb. 

Hazırda "Bayern" Devislə yeni anlaşma ilə bağlı razılığa gələ bilmirsə, "Liverpul" Aleksander-Arnolda müqavilə təklif etməyi planlaşdırır.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
fanat.az

1Mənbələr