AZ

Fransada indi də telefon xətlərinə “hücum” edildi

Fransada növbəti təxribat telekommunikasiya operatorlarına qarşı edilib.

Axar.az xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.

Bildirilir ki, Fransanın altı bölgəsində fiber optik şəbəkələr “sabotaj edilib” və bu, ölkənin bəzi yerlərində telefon xətlərinin kəsilməsinə səbəb olub.

Ölkə mediası isə vandalizmə Fransanın SFR və "Bouygues Telecom" telekommunikasiya şirkətlərinə məxsus qurğuların məruz qaldığını yazır. Belə ki, Fransanın cənubunda kabellər kəsilib, Paris və Lüksemburq yaxınlığındakı qurğular sabotaj edilib.

Məlumata görə, ötən gecə fasilələr mobil rabitədən çox stasionar telefon xətlərinə təsir edib. Təxribat hazırda olimpiya oyunlarının keçirildiyi paytaxt Parisə təsirsiz ötüşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
axar.az

1Mənbələr