AZ

Ermənistan sabotajla məşğuldur


"Ermənistanın Qərbdən aldığı siyasi, maliyyə və hərbi dəstəyi görünür bir qədər cürətləndirib. Baş nazir N.Paşunyan Birləşmiş Krallıqda keçirilən Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində prezident İ.Əliyevlə görüşdən qaçması, ardınca münasibətlərə xələl gətirən bəyanatlar səsləndirməsi və nəhayət sərhəd boyunca təxribatlar törətməsi onu deməyə əsas verir ki, İrəvan havadarlarının təlimatlarını icra edərək sülh prosesini pozur".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Ermənistan sabotajla məşğuldur:

"Ermənistanın təhrikçi və qızışdırıcı addımları hərbi toqquşmaların yenidən baş verməsini hər keç gün riskli məcraya aparır. İrəvan hələ də anlamaq istəmir ki bu dəfəki müharibə Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər. Bakı Ermənistanın niyyətinin nədən ibarət olduğunu çox yaxşı dərk etdiyindən hələ təmkin göstərir, hadisələrə dözümlü yanaşır. Ancaq sərhəddə erməni təxribatı ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda durumun mürəkkəb olduğu və hər an silahların işə düşəcəyi ehtimalı böyükdür. Düşünürəm ki MN bəyanatı Ermənistanı və onun havadarları üçün ciddi xəbərdarlıqdır və bundan da düzgün nəticə çıxarılmalıdır".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
newscenter.az

1Mənbələr