AZ

Gürcüstan müxalifəti qalmaqallı qanuna qarşı Konstitusiya Məhkəməsində iddia qaldırdı


Gürcüstan parlamentinin müxalifət deputatları ölkədə qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı Konstitusiya Məhkəməsində iddia qaldırıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Deputatların iddia qaldırmazdan əvvəl Batumidə jurnalistlərə verdikləri məlumata görə, onlar qanunun ayrı-ayrı müddəalarına deyil, bütün qanuna etiraz edirlər.
Müxalifət hesab edir ki, bu qanun Gürcüstan Konstitusiyasının bəndinə ziddir. Buna görə də, hökumət orqanları ölkənin Avropa İttifaqı və NATO-ya daxil olması üçün bütün tədbirləri görməlidirlər.
Parlamentarilər hesab edirlər ki, qanun Avropaya inteqrasiyaya mane olur.  
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili və 100-dən çox gürcü qeyri-hökumət təşkilatı analoji iddialarla Konstitusiya Məhkəməsinə müraciət ediblər.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti Avropa İttifaqı və ABŞ-nin sərt bəyanatlarına səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Respublika Prezidenti mayın 18-də qanuna veto qoyub, lakin parlament mayın 28-də vetonu ləğv edib.
Qeyri-hökumət təşkilatları qanun qəbul ediləcəyi təqdirdə reyestrdə qeydiyyatdan keçməyəcəklərini dəfələrlə bəyan ediblər, çünki onlar xarici dövlətin maraqlarını təbliğ edən təşkilat adlandırılmalarını ədalətli saymırlar. Hakim partiya isə hesab edir ki, əgər şirkətlər xaricdən maliyyə alırlarsa, bu tərif düzgündür və onlardan yalnız maliyyə baxımından şəffaflıq tələb olunur.
Qanun, maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil olunacaq. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb ediləcək. Əgər onlar bu öhdəliyi yerinə yetirməsələr, onları 25 min lari (9,2 min dollardan çox) məbləğində cərimə gözləyir. Cərimədən sonra da bəyannamə təqdim edilmədikdə, gecikdirilən hər ay üçün 20 min lari (7,3 min dollardan çox) tutulacaq.
Seçilən
31
yeniavaz.com

1Mənbələr