AZ

De Xea A Seriya klubu ilə müqavilə imzalayacaq - SON DURUM

İspaniyalı qapıçı David de Xea tezliklə İtaliya A Seriyası klubu ilə müqavilə imzalayacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

33 yaşlı qolkiper "Cenoa" ilə müqaviləsi bağlamağa yaxındır. Baxmayaraq ki, de Xeanın yüksək məvacib tələblərinə görə İtaliya klubuna keçəcəyi ilə bağlı tərəddüdlər var. 

Qeyd edək ki, David de Xea bir ildən çoxdur klubsuzdur. İspaniyalı qolkiper keçən yay 12 il çıxış etdiyi "Mançester Yunayted"dən ayrılıb. 

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
fanat.az

1Mənbələr