AZ

Qaçaqmalçılıq yolu ilə neft daşıyan tanker saxlanılıb

İran Hərbi Dəniz Qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə neft daşıyan tankeri ələ keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb .

İslam Respublikası silahlı qüvvələrinin elit bölməsinin məlumatına görə, 700 min litr qaçaqmal neft daşıyan Pearl G neft tankeri Ərəş neft yatağının yaxınlığında İran barjalarından yanacaq yükləyərkən saxlanılıb. Gəmi Afrika ölkəsi Toqonun bayrağı altında üzürdü və BƏƏ- də yaşayan İraq vətəndaşına qeydiyyatda idi . Tankerin ekipajı əsasən hindlilərdən ibarət olub – onlar hazırda İmam Hüseyn limanında nəzarət altındadırlar.

Bundan əvvəl SEPAH qüvvələri ölkənin cənubunda Toqo bayrağı altında üzən daha bir tankeri də saxlamışdı. Gəmi 1,5 milyon litr qaçaq yanacaq daşıyırdı və 12 əcnəbidən ibarət ekipajı var idi. Həbs edildikdən sonra gəmi Buşehr Milli Neft Məhsullarının Paylayıcı Şirkətinin terminallarına boşalmağa gedib.

Yanvar ayında İran Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman körfəzi sularında ABŞ-a məxsus neft tankerini saxlayıb . Bundan əvvəl bir ay ərzində 4,5 milyon litr qaçaqmal yanacaqla yüklənmiş iki gəmi həbs edilib və onların ekipajı nəzarətə götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
nocomment.az

1Mənbələr