AZ

Murad Ariflə Sevda Ələkbərzadənin “Superstar” klipi

Bəstəkar-müğənni Murad Arif Əməkdar artist Sevda Ələkbərzadə ilə ifa etdiyi “Superstar” mahnısına çəkilən klipi təqdim edib.

Minval.info  xəbər verir ki, sözləri və musiqisi Murad Arifə məxsus olan”Superstar”a Whosein ekran həyatı verib.

“Bu mahnı nə haqqındadır?

Müasir dövrün insanları şəkillərdə, üz qabıqlarında, maqazin səhifələrində gördükləri obrazları özlərinə hədəf, nümunə seçir… Hamı necəsə görünməli, nəyisə geyinməli, yeməli, sürməli, haralardasa olmalı… bu “-malı, -məli”lər bizi idarə etməyə başlayıb. Biz artıq öz həyatımızı deyil, başqalarının həyatını yaşamağa başlamışıq sanki. Sürü psixologiyasına uymadan, individual olmağa çağırışdır “Superstar”!

Heç kəsə baxmadan, “ÖZ YOLUNLA GET TAPACAQSAN SONUNDA” deyirik.

Müqayisə aparma, özün ol, özünü qəbul et, özünə DƏYƏR ver, deyirik. Olduğun kimi, individual, təkrarsız və parlaqsan. Sadəcə SƏNİ kəşf etməyə tələs…

Yollar sənin, sənsən sükanda

Parla və coş, ürəkdən oyna!

Bu sənin filmin, sən də baş rolda!

“Superstar” şou-biznes ulduzları haqqında deyil. İnsanlara motivasiyadır. Bəstə fank tərzindədir”-, deyə Murad Arif bildirib.

Qeyd edək ki, sənətçilər “Superstar”ı ilk dəfə Murad Arifin “Hitmaker” konsertində təqdim edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
5
minval.info

6Mənbələr