AZ

Zaxarova Ərdoğanın müdafiəsinə qalxdı: İsrailli nazirin bu sözləri...

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin xarici işlər naziri İsrael Katsın Rəcəb Tayyib Ərdoğanı İraqın edam edilmiş rəhbəri Səddam Hüseynlə müqayisə edən bəyanatını şərh edib.

Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir.

“İraqda Birləşmiş Ştatların təqsiri ilə baş verənlər Amerikanın xarici siyasətinin mütləq şərinin, onun cinayətkar mahiyyətinin və dağıdıcı oriyentasiyasının sinoniminə çevrilib. İsrailli nazirin bu sözləri bu cür beynəlxalq fəaliyyətləri bəyənmək deməkdirmi?”, – diplomat öz Teleqram kanalında yazıb.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
musavat.com

1Mənbələr