AZ

Bakının bu küçəsində 1 manatdanyayınan sürücülər 60 manatlıq qayda pozurlar - FOTO

Paytaxtın Məmməd Araz küçəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, bu barədə fotoşəkil sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, sözügedən ərazidəki səki sürücülər tərəfindən davamlı zəbt olunur. Nəticədə səkidən istifadə edə bilməyən piyadalar yolun hərəkət hissəsiylə getməli olurlar. Fotodan aydın göründüyü kimi, ərazidə ödənişli parkinq üçün yerlər ayrılıb. Lakin xərcə düşmək istəməyən sürücülər piyadaların yolunu kəsərək vəziyyətdən sui-istifadə edirlər. 

Qeyd edək ki, yeni qəbul olunmuş dəyişikliyə əsasən, bu qaydanı pozan sürücülər 60 manat məbləğində cərimələnə bilərlər.

Nərmin

 

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
35
avtosfer.az

1phrase_var_article.sources